EN

Mirzoyan İrəvanla Bakı arasında sülh sazişinin imzalanmasının vacib olduğunu bildirib

Bakı. Trend:

İrəvanla Bakı arasında sülh sazişinin imzalanması vacibdir.

Trend xəbərverir ki, bu barədə Ermənistanın xarici işlər naziri AraratMirzoyan ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi ABŞ nümayəndəheyəti ilə görüşdə deyib.

O, Ermənistan və Azərbaycan arasında 1991-ci il Alma-AtaBəyannaməsi əsasında delimitasiya prosesinin davamlılığının və sülhsazişinin imzalanmasının vacibliyini qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistanla Azərbaycan arasında sülhmüqaviləsinin imzalanmasına mane olan başlıca amillərdən biriErmənistan Konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı əraziiddialarını təsbit edən müəyyən müddəaların mövcud olmasıdır.Azərbaycan dəfələrlə bəyan edib ki, sülh müqaviləsinin imzalanmasıüçün Ermənistan konstitusiyasında dəyişiklik edilməli və əraziiddiaları ilə bağlı müddəalar aradan qaldırılmalıdır.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
28
2
az.trend.az

3Sources