EN

Ukrayna ərazisindəki münaqişə nə Kiyevə, nə də Moskvaya sərfəli deyil – Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, Ukrayna ərazisindəki münaqişə nə Kiyevə, nə də Moskvaya sərfəli deyil.

Onun sözlərinə görə, Ankara regionda sülhün bərqərar olması üçün səylərini sərf etməyə hazırdır. O, həmçinin taxıl müqaviləsinin yeni formatda bərpasına ümid etdiyini bildirib: “Bu münaqişə nə Rusiya, nə də Ukrayna üçün sərfəli deyil. Qalib yalnız qan və ölüm tacirləridir. İnanmaq istəyirəm ki, indi gərginlik azala və sülh yarana bilər. Biz indiyə qədər etdiyimiz kimi, sülhün yaradılmasına və qorunmasına töhfə verməyə hazırıq”, – deyə Türkiyə Prezidenti jurnalistlərə bildirib. Ərdoğanın sözlərinə görə, Qazaxıstanda keçirilən ŞƏT sammitində Rusiya prezidenti ilə taxıl sazişinin bərpasını müzakirə edib.

Onun sözlərinə görə, Vladimir Putin bu məsələdə “İstanbul taxıl təşəbbüsü ilə eyni məqsədə” sadiqdir. Ərdoğan həmçinin bildirib ki, Vladimir Putinin Türkiyəyə planlaşdırılan səfəri Suriyadakı münaqişənin həlli üçün yeni prosesin başlanğıcı ola bilər. O, Rusiya prezidenti və Suriya prezidenti Bəşər Əsədlə bigə danışıqları mümkün adlandırıb.

//Samir Qurbanov, Editor.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
16
editor.az

1Sources