İranda 14-cü prezident seçkilərinin ikinci turunda yerli vaxtla saat 18.00-da başa çatmalı olan səsvermə müddəti saat 20.00-a qədər uzadılıb.İranın rəsmi İRNA agentliyinin məlumatına görə, Daxili İşlər Nazirliyinin Seçki Şurasının Mərkəzi sözçüsü Muhsin İslami səsvermə müddəti ilə bağlı açıqlama verib.İslami yerli vaxtla saat 08.00-da başlayan və 18.00-da başa çatması gözlənilən səsvermə müddətinin Seçki Qurum Mərkəzinin qərarı ilə saat 20.00-a qədər uzadıldığını bildirib.Səs vermək istəyən seçicilər seçki məntəqələrində iştirak etməyə davam edərlərsə, zərurət yaranarsa, Seçki Şurası Mərkəzi bu müddəti yenidən uza bilər.İranın seçki qanunlarına görə, lazım gələrsə səsvermə saat 24:00-a qədər uzadıla bilər.