EN

Çin və Tacikistan Əfqanıstanda sülhün bərqərar olmasında maraqlıdır

Çin və Tacikistan Əfqanıstanla həmsərhəd ölkələr kimi bu ölkədə sülhün bərqərar olmasında maraqlıdırlar.

"Operativ Media" xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Çin sədri Si Cinpinin Düşənbəyə rəsmi səfəri zamanı onunla görüşündən sonra jurnalistlərə açıqlamasında deyib.

"Söhbətimizin mövzusu Əfqanıstandakı vəziyyətlə bağlı oldu. Biz Əfqanıstanın qonşuları olaraq burada sülhün və sabitliyin bərqərar olmasında çox maraqlıyıq və bu prosesdə həqiqətən lazımlı hökumətin formalaşmasını əsas amil hesab edirik", - deyə Rəhmon bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

1Sources