EN

Küveytli turist paraşütdən yıxılaraq ölüb

Gürcüstanda tətil küveytdən olan ər-arvad üçün faciə ilə başa çatıb; qadın paraşütlə yıxılaraq ölüb.

Editor.az Gürcüstan mənbələrinə istinadən bildirir ki, cütlük Batumidə tətildə olarkən qayığa bağlanmış paraşütlə uçmağa qərar verib. Gəzinti zamanı qəfil əsən külək paraşütü aşırıb və turistlər yerə yıxılıb. 37 yaşlı qadın yerindəcə keçinib, 39 yaşlı əri isə xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Onun həyatı üçün təhlükə yoxdur.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə ilə bağlı araşdırma aparılır və cinayət işi başlanıb.

//Samir Qurbanov, Editor.az

Chosen
131
editor.az

1Sources