EN

“Mançester Yunayted” təxminən 250 işçisini ixtisar edə bilər

İngiltərə nəhəngi “Mançester Yunayted” klub heyətinin dörddə birini ixtisara salaraq, işdən çıxarmağı planlaşdırır.

Arena.az bu barədə “Daily Mail” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, iyulun 3-də heyətə klubun 1100 əməkdaşından 250-yə yaxınının işini itirəcəyi barədə “qara xəbər” verilib.

Vurğulanır ki, klubda genişmiqyaslı xərc təhlilinə başlanılıb.

Yeni səhmdarlar “Mançester Yunayted”i əvvəlki şöhrətinə qaytarmağa çalışdıqları üçün, nəticədə klubun bütün şöbələrində islahatlar aparılması və ixtisarlar edilməsi haqda müvafiq tövsiyənin icrasına başlayıblar. Beləliklə, “təklif edilən ixtisar tədbiri” həyata keçiriləcək, ardınca isə işçilərin sayında əhəmiyyətli azalma olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
91
arena.az

1Sources