EN

Timsah 12 yaşlı uşağı parçaladı

Faciə Avstraliyanın şimalında yerləşən Paluma qəsəbəsində, Manqo-Krik çayında yaşanıb. 

525.az xarici KİV-ə istinadən xəbər verir ki, ailəsi ilə istirahət edən 12 yaşlı qız çayda çimərkən itkin düşüb. 

36 saat davam edən axtarışlardan sonra xilasedicilər insan bədəninin fraqmentlərini tapıblar. Araşdırmalardan sonra bu fraqmentlərin məhz itkin düşən qıza məxsus olduğu və daraqlı timsah tərəfindən parçalandığı məlum olub.

Qeyd edək ki, daraqlı timsahlar duzlu su hövzələrində yaşasalar da, tez-tez şirin su hövzələrində də görünürlər və onların insanlara hücum etmə faktları çoxdur.

L.Tağıyeva






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
525.az

1Sources