EN

"MPAY" işçi axtarır - VAKANSİYA

MPAY QSC

Aparıcı Biznes Analitik

 Son tarix 05 avq 2024 - [email protected]

Vəzifə öhdəlikləri:

  • Əmtəə bazarının (bazarda mövcud olan tələb və istehlak, mövcud tələb və istehlakın motivasiyası və enib-qalxması, rəqiblərin fəaliyyət formaları) və onun inkişaf istiqamətlərinin öyrənilməsi, bazarın imkanlarının araşdırılması və təhlil olunması
  • Səlahiyyətləri çərçivəsində biznes analitiklərin işini planı hazırlamalı və proseslərdə aktiv iştirak etməli
  • Səlahiyyətləri çərçivəsində şirkətin biznes və data analitikləri birlikdə analizlərin aparılmasını təmin etmək
  • Biznes tələblərinin müəyyənləşdirilməsi, planlaşdırılması və monitorinqi
  • Şirkət fəaliyyətinə dair məlumatların təhlilinin həyata keçirilməsi
  • Biznes tələblərə görə hesabatların hazırlanması
  • Əldə edilmiş nəticələrin müvafiq forma üzrə vizuallaşdırılması, gələcək dövr üçün proqnozların verilməsi
  • Müştərilərin və biznes mühitini təhlil etməklə məhsullar üzrə təkliflərin araşdırılması
  • Portaldan və ya məlumatlar bazasından məlumatların çəkilməsi
  • Struktur daxili məlumatların düzgünlüyünü təmin etmək məqsədi ilə güclü kommunikasiya yaratmalı
  • Biznes proseslərinin ümumi və detallı təhlil edilməsi
  • Yığım, gəlirlər ümumi proseslər haqqında məlumatların tənzimlənməsi və hesabatların hazırlanması
  • Vəzifə öhdəlikləri çərçivəsində görülən işlər barəsində Şöbə Rəhbərinə həftəlik və aylıq hesabat vermək.
  • Şirkətin biznes fəaliyyəti çərçivəsində qarşıya çıxacaq digər məsələlərdə aktiv iştirak etmək.
  • Qeyd; Bank məsulları, rəqəmsal məsullar üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir. 

Tələblər:

  • Biznesin idarə edilməsi, statistika, iqtisadiyyat, riyaziyyat, kompüter elmləri və ya əlaqəli sahədə bakalavr dərəcəsi
  • Excel, SQL, Python, R və ya oxşar kimi məlumatların təhlili alətlərində biliyə malik güclü analitik bacarıqlar
  • Statistik metodlar və verilənlərin modelləşdirilməsi haqqında biliklər
  • Bazar araşdırması metodologiyaları və alətləri ilə təcrübə
  • Tableau, Power BI və ya QlikView kimi məlumatların vizuallaşdırılması vasitələri ilə tanışlığa üstünlük verilir
  • Mürəkkəb anlayışları texniki olmayan maraqlı tərəflərə çatdırmaq bacarığı ilə əla ünsiyyət və təqdimat bacarıqları

İş şəraiti:

  • Ofis daxili;
  • Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
  • Əmək haqqının 15 gündən bir ödənilməsi;
  • Tibbi sığorta təminatının verilməsi;
  • Nahar yeməyinin təmin olunması;
  • “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi; 

Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Aparıcı Biznes Analitik” yazılmalıdır

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

phrase_var_article.chosen
108
1
fed.az

2phrase_var_article.sources