ABŞ-Gürcüstan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salınıb.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan mətbuatı Pentaqona istinadla məlumat yayıb.
Bildirilir ki, ABŞ ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə keçirilməsi nəzərdə tutulan hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə salıb
Qeyd olunur ki, Birləşmiş Ştatlar ABŞ-Gürcüstan münasibətlərinin hərtərəfli nəzərdən keçirilməsi təşəbbüsü ilə çıxış edib və bu məqsədlə də "Soylu Tərəfdaş" təlimlərini qeyri-müəyyən müddətə təxirə salınması barədə qərar qəbul edib.
Xətayi Əzizov
Tbilisi
Mənbə: AZƏRTAC