EN

ABŞ gələn həftə Kiyevə F-16-ların çatdırılması ilə bağlı məlumatı açıqlaya bilər

Bakı. Trend:

ABŞ gələn həftə Ukraynaya Amerika "F-16" qırıcılarının verilməsiilə bağlı yeni məlumat açıqlaya bilər.

Trend-in məlumatına görə, bu barədə ABŞ administrasiyasınınnümayəndəsi iyulun 9-11-də Vaşinqtonda keçiriləcək NATO sammiti iləbağlı jurnalistlər üçün xüsusi onlayn brifinqdə bildirib.

"Bilirsiniz ki, Birləşmiş Ştatlar artıq bir ildən çoxdur ki,F-16 pilotlarını hazırlayır və biz yaxşı irəliləyiş əldə etmişik.Gələn həftə daha çox [məlumat] təqdim edə biləcəyimizi gözləyirəm",- deyə o bildirib.

Chosen
89
2
az.trend.az

3Sources