1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkisinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
Bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – bu, səslərin azı 53,6 faizidir.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon - 44,3% səs toplayıb.
İranda keçirilən prezident seçkisində seçici fəallığı 49,8% təşkil edib.