EN

Kanada yarımfinalda və yenidən Argentina ilə oynayacaq - VİDEO

ABŞ-da keçirilən Amerika kuboku davam edir.

İdman.biz xəbər verir ki, 1/4 final mərhələsinin ikinci oyununda Venesuela və Kanada üz-üzə gəlib.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yarımfinalçı penaltilər seriyasında müəyyənləşib. Daha dəqiq olan Kanada finalın bir addımlığına yüksəlib. Şimali amerikalılar bu mərhələdə Argentina ilə görüşəcək.

Onlar qrup mərhələsində də bir-birinə rəqib olub. Həmin görüşdə “albiselesta” 2:0 hesabı ilə qələbə qazanıb.

Qeyd edək ki, 1/4 finalın son iki görüşü bu gecə keçiriləcək.

Amerika kuboku
1/4 final
6 iyul
Venesuela - Kanada – 1:1, pen. 3:4

Salomon Rondon, 64 - Yakob Şaffelburq, 13

İdman.biz

Chosen
166
idman.biz

1Sources