EN

Pezeşkian hökumətində kimlər hansı vəzifəni tutacaq? - SİYAHI

Məsud Pezeşkianın prezident seçilməsindən sonra onun administrasiyasında kimlərin vəzifə tutacağı barədə ehtimallar yaranıb.

Yenisabah.az Tabnak-a istinadla xəbər verir ki, Pezeşkianın seçki qərargahından sızan məlumata görə, Məhəmməd Cavad Azəri Cəhromi birinci vitse-prezident olmağa çalışır və bu məsələ demək olar ki, həllini tapıb.

Xatəmi hökumətində tikinti naziri olmuş və hazırda seçki qərargahının rəhbəri Əli Əbdüləlizadə yeni administrasiyada heç bir vəzifə tutmayacağını açıqlayıb.

Digər tərəfdən, Seyid Abbas Əraqçının Xarici İşlər Nazirliyinə rəhbər təyin oluncağı gözlənilir.

Qərargahın başqa bir üzvü - Əli Təyebniya iqtisadi sektora rəhbərlik edəcək.


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
83
1
yenisabah.az

2Sources