EN

Gürcüstan prezidenti ölkə hökumətini buna görə qınadı

Gürcüstan hökuməti ABŞ- strateji tərəfdaşlığını təhlükə altına qoyur

 

Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə respublika Prezidenti Salome Zurabişvili bildirib.

 

“Gürcüstan hökuməti xarici agentlər haqqında qanunu qəbul etməklə Avropa yolunu təhlükəyə atdı və amerikalı tərəfdaşların təhqiri və onlara qarşı ittihamlar nəticəsində indi bizim strateji tərəfdaşlığımızı təhlükə altına qoyurlar”, - prezident vurğulayıb.

 

Xatırladaq ki, iyulun 5-də Pentaqon ikitərəfli münasibətlərə yenidən baxılması səbəbindən Gürcüstanla birgə hərbi təlimləri qeyri-müəyyən müddətə təxirə saldığını açıqlayıb.

 

Bundan sonra Gürcüstan Müdafiə Nazirliyi ABŞ-nin birgə təlimləri təxirə salmasına baxmayaraq, Vaşinqtonla hərbi əməkdaşlığı davam etdirəcəklərini açıqlayıb. Departament onu da qeyd edib ki, hazırda "Agile Spirit 2025" çoxmillətli təlimlərinə hazırlıq gedir.

 

Bundan əvvəl isə Gürcüstan ABŞ-lə münasibətlərin bərpa olunduğunu bəyan edib.

 

Əzizə

Chosen
86
sfera.az

1Sources