EN

İranda seçki: Pezeşkian ölkənin yeni prezidenti seçildi - Yeni dövlət başçısı ilə bağlı maraqlı məlumatlar

İranın keçmiş səhiyyə naziri Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bunu İran Daxili İşlər Nazirliyinin Seçki Mərkəzinin sözçüsü Möhsin İslami ikinci tur seçkiləri ilə bağlı təşkil olunan mətbuat konfransında bəyan edib.

O bildirib ki, dünən keçirilən prezident seçkilərinin ikinci turunda səslərin hesablanması prosesi başa çatıb: "Ölkə üzrə təxminən 59 min mərkəzdə  30 milyon 530 min 157 nəfər səs verib. Cənab Pezeşkian onlardan 16 milyon 384 min 403 nəfərin, yəni, 53.7 faizinin səsini qazanb. Onun rəqibi Səid Celili isə seçicilərin 44.4 faizinin, rəqəmlə ifadə etsək, 13 milyon 538 min 179 nəfərin səsini alıb. Beləliklə, Məsud Pezeşkian ölkənin 9-cü prezidenti seçilib...".

Məsud Pezeşkian kimdir?

Samir Musayev

Mia.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
63
1
mia.az

2Sources