EN

Şəkidə maşının vurduğu piyada 4 gün sonra ölüb

Şəkidə 69 yaşlı kişini maşın vuraraq öldürüb.

APA xəbər verir ki, hadisə H. Əliyev prospektində qeydə alınıb.

İyul ayının 1-də yolu keçmək istəyən 1955-ci il təvəllüdlü Abdurahman Qədir oğlu İbrahimovu “VAZ-21074” markalı maşın vurub.

Piyada aldığı xəsarətlərdən Şəki rayon xəstəxanasına yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq A. İbrahimov dünən xəstəxanada ölüb.

Fakt araşdırılır.

Chosen
111
3
apa.az

4Sources