EN

NiZAMi DOKTORUN “BUNKER KLiNiKASI” BiNA SAKiNLƏRiNi AYAĞA QALDIRDI

Kanal14.az: - Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsi 13-14 ünvandakı binanın 19-cu blokunda (32 saylı məktəbin həndəvəri) zirzəmidə qanunsuz inşaat işi aparılır. Birinci mərtəbənin beton piltələri dağıdılıb, bünövrəsi qazılaraq təxminən 150-200 kisə həcmində torpaq çıxarılaraq daha bir metr dərinləşdirilib. Daha izahlı desək, bina aşağıya doğru həmin blok nahiyəsində əlavə bir mərtəbə artırılıb. Zizəmidə iş görən fəhlələrdən öyrəndik ki, iş gördürən şəxs "Nizami doktor” deyilən adamdır. Yeri gəlmişkən, fəhlələr bizi "Sakinlər şikayət edib?” sualı ilə qarşıladılar. Bu isə o deməkdir ki, "sakinlərin şikayəti əsasında” onları daha əvvəl də narahat edən olub. Amma maraqlanan şəxslər gedəndən sonra iş dayandırılmayıb. Deyilənə görə, Nizami doktorun burada inşaetdirmək istədiyi obyekt gələcəkdə klinika kimi fəaliyyət göstərəcək. Obyektin bir girişi blok tərəfdən olacaq, digər qapısı isə küçəyə açılacaq.




Aşkar etdiyimiz özbaşınalıqla bağlı Nizami Rayon İcra Hakimiyyətinə redaksiya adından məktub ünvanlasaq da, rayon rəhbərliyindən heç bir reaksiya yoxdur. Amma onu da eşitmişik ki, RİH-nin nümayəndələri obyekt inşa etdirən şəxsdən əlavə 1000 (bir min) manat qoparıblar ki, mətbuatı özümüz yola verərik, bir az ara verəndən sonra işinizi davam etdirərsiniz”.

Mövzuya yenidən qayıdacağıq.//Deryaz.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
73
kanal14.az

1Sources