EN

ABŞ və Ermənistan birgə hərbi təlimlər keçirəcək

Bakı. Trend:

ABŞ və Ermənistan 15-24 iyul tarixlərində "Eagle Partner 2024"birgə hərbi təlimləri keçirəcək.

Trend xəbərverir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumatyayıb.

Təlimlərdə Ermənistan Silahlı Qüvvələrinin sülhməramlıbriqadasının, ABŞ-nin Avropa və Afrikadakı quru qoşunlarının,Kanzas Milli Qvardiyasının hərbçiləri iştirak edəcək.

Qeyd olunub ki, ABŞ-dan hərbi təlimçilər aprelin 1-dəErmənistana gəlib.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Chosen
175
42
az.trend.az

10Sources