EN

“Neftçi”nin Aysunu əməliyyat olundu

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin və “Neftçi”nin üzvü Aysun Seydiyeva əməliyyat olunub.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bu səbəbdən yığmanın Avropa çempionatının seçmə mərhələsində Macarıstan və İsveçrəyə qarşı keçiriləcək oyunlar üçün açıqlanan heyətindən kənarda qalıb.

Azərbaycan millisi iyulun 12-də “Liv Bona Dea Arena”da Macarıstan, iyulun 16-da isə Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığması ilə qarşılaşacaq.

Chosen
40
sportinfo.az

1Sources