EN

BMT: Kooperativlər iqlim dəyişikliyinə töhfə verə bilər

BMT:

Bakı, 6 iyul, AZƏRTAC

Bu gün, iyulun 6-da dünya kooperativləri Beynəlxalq Kooperativlər Gününü “Hamı üçün daha yaxşı gələcək quran kooperativlər” mövzusu ilə qeyd edir. AZƏRTAC xəbər verir ki, BMT bu əlamətdar gün münasibətilə müraciət yayıb.

Müraciətdə qeyd olunub ki, kooperativlər 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinin (SDG) həyata keçirilməsi üçün səyləri artırmaqla daha firavan gələcəyin qurulmasına cari və tarixi töhfələrini nümayiş etdirmək imkanı əldə edəcəklər. Bu proseslər “Daha yaxşı sabah üçün çoxtərəfli həllər” devizi altında davam edir.

BMT-nin müraciətində qeyd olunub ki, kooperativlər inklüziv və davamlı inkişaf üçün yüksək standartlarını nümayiş etdirə, ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizədə bələdçilər qismində xidmət göstərə bilərlər. Demokratik idarəetmə və ortaq mülkiyyət vasitəsilə kooperativlər sülh və sabitlik nümunəsi göstərir, müxtəlif mənşəli insanları bərabər şərtlərdə bir araya gətirir, həmçinin anlaşma və qarşılıqlı hörməti gücləndirir.

BMT Baş katibinin sosial inkişafda kooperativlərin roluna dair 2023-cü il Hesabatında kooperativlərin marginal qruplar da daxil olmaqla bütün insanların iqtisadi və sosial inkişafını təşviq etmək təcrübəsi vurğulanır.

Qeyd edilib ki, iyulun 6-da BMT-nin keçən il elan etdiyi “2025-ci il - Beynəlxalq Kooperativlər İli”nə hazırlıq prosesində də start verəcək.

 

 

Chosen
61
3
azertag.az

4Sources