EN

“Sumqayıt”ın “Orenburq”la matçının vaxtı açıqlandı

Ankaranın Qızılcahamam bölgəsində toplanışda olan “Sumqayıt”ın Rusiya təmsilçisi “Orenburq”la matçının vaxtı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb.

Qarşılaşma sabah Qızılcahamam stadionunda baş tutacaq. Oyuna Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.

Xatırladaq ki, “Sumqayıt” bu yay Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək. Təmsilçimiz bu turnirin 2-ci təsnifat mərhələsində Macarıstan klubu “Fehervar”la qarşılaşacaq. Komandalar arasında ilk matç iyulun 25-də Sumqayıtda, cavab qarşılaşması isə ayın 31-də Macarıstanda baş tutacaq.

Chosen
67
18
arena.az

10Sources