EN

AÇ-2024: “Bizim vəzifəmiz İsveçrəyə problem yaratmaqdır”

İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt Avropa çempionatının 1/4 finalında İsveçrəyə qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini bölüşüb.



Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, ingiltərəli çalışdırıcı rəqiblərinin turnirdə yaxşı çıxış etdiyini bildirib:



“Rəqibimiz turnirdə yaxşı çıxış edir. İsveçrə yığmasında yaxşı futbolçular oynayır. Bu matçda yüksək səviyyədə oynamalıyıq. Bizim vəzifəmiz İsveçrəyə problem yaratmaq və müdafiə olunmağı unutmamaqdır. Onların təhlükəli hücumları var”.



İngiltərə və İsveçrə milliləri arasındakı qarşılaşma bu gün keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin Etiketlərİngiltərə Qaret Sautqeyt

Chosen
101
komanda.az

1Sources