EN

Murat Yakın: “Daha bir favoriti peşman etmək gücündəyik”

İsveçrə millisinin baş məşqçisi Murat Yakın AÇ-2024-ün 1/4 finalında İngiltərə yığması ilə qarşıdakı oyundan gözləntilərini paylaşıb.

Arena.az UEFA-nın mətbuat xidmətinə istinadən, türkəsilli isveçrəli mütəxəssisin bu barədə fikirlərini təqdim edir:

“Almaniya yığması ilə döyüşmək və İtaliya yığmasına qalib gəlmək iqtidarında olduq. Niyə indi İngiltərə yığmasını məğlub etməyək? Biz yaxşı vəziyyətdəyik. Biz şiddətli döyüş yaşatmağa hazırıq.

Düşünürəm ki, İngiltərə komandası müəyyən bir yarışda tapşırıqların necə yerinə yetiriləcəyini bilən bir komandadır. Biz bunu üç il əvvəl artıq görmüşük. Ancaq başqa bir favoriti peşman edə biləcək gücdəyik. Biz bunu necə edəcəyimizi bilirik. Bu oyunda hər şey mümkün olacaq. Ümidvaram ki, bəxt yenə bizim tərəfimizdə olacaq.

İngiltərə komandasının çıxışını qiymətləndirmək mənlik deyil. Bütün diqqətimi öz oyunumuza yönəltmişəm. Bununla belə, biz onların güclü və zəif tərəflərini bilirik. Komandanı hər şeyə mümkün qədər ən yaxşı surətdə hazırlamağa çalışıram”, deyə Murat Yakın vurğulayıb.

Xatırladaq ki, Avropa çempionatının 1/4 final mərhələsinin İngiltərə – İsveçrə oyunu bu gün, iyulun 6-da Düsseldorfun “Merkur Şpil-Arena” stadionunda keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 20:00-da başladacaq.

Chosen
131
arena.az

1Sources