EN

"Çoxlu silah verəcəyik, amma üzvlük ola bilməz" - NATO Baş katibi

Gələcək həftə baş tutacaq Ukrayna-ABŞ zirvə toplantısında Kiyev özünün həm NATO, həm də Aİ üzvlüyünü irəli sürəcək.

Ednews The Telegraph-a istinadən xəbər verir ki, Ukrayna prezidenti Zelenski artıq bu barədə ciddi reaksiya ilə qarşılaşıb.  Zirvə toplantısında əvvəl NATO-nun Baş katibi Yen Stoltenberq bildirib ki, NATO artıq 2022-ci ildən bəri Ukraynaya illik təxmini 40 milyard avro silah və təchizat göndərir. O bildirib ki, məhz buna görə də Ukraynada bəlli bir ordu sistemi olmalıdır. 

Bundan sonra da Ukraynaya hərbi yardım ediləcəyini iddia edən Stoltenberq üzvlük məsələsində Ukraynanın ümidlərini puç etdi. Stoltenberq açıq şəkildə NATO-ya üzvlük məsələsinin masaya yatırılmayacağını vurğulayıb.

"Ukraynaya çoxlu silah verə bilərik, amma üzvlük olmaz." - deyə NATO-nun Baş katibi bildirib.

Fərid

Chosen
100
ednews.net

1Sources