EN

Montella Merihə verilən cəza haqda nə dedi?

Məlum olduğu kimi UEFA-nın Türkiyə yığmasının müdafiəçisi Merih Dəmirala ''Bozqurd'' işarəsinə görə 2 oyunluq cəza verməsi türk dünyasında böyük narazılığa səbəb oldu.

Hətta ölkə prezidenti Rəcəp Tayyib Ərdoğan da ''ay-ulduzlular''a 1/4 finalda Niderlandla oyunda dəstək vermək üçün bu gün Berlinə yollanacaq. Dünən baş tutan oyunöncəsi mətbuat konfransında təbii ki, Türkiyənin baş məşqçisi Vinçentso Montellaya da bu mövzu barədə suallar verildi. İtaliyalı mütəxəssis bunları dedi:
''Cəzanın bizə qarşı haqsızlıq olduğunu düşünürəm. Çünki bu, siyasi bir simvol deyil. Bu, tariximizin, türk olması ilə qürur duyanların simvoludu. Təəssüf ki, qərar verici orqanlar fərqli fikirdədi. Haqsızlığa məruz qaldığımız üçün üzgünük. Amma digər tərəfdən bu hadisə bizi daha da motivasiyalandıracaq. Merihin hərəkəti sadəcə ictimaiyyət tərəfindən düzgün şəkildə anlaşılmayıb. İstənilən halda bu olay türkün qürurunun qarşısını kəsməyəcək. İndi biz daha istəkli şəkildə meydana çıxacağıq. İstər futbolçularımız, istərsə də fanatlarımız maksimum dərəcədə motivasiyalı olacaqlar''.


ƏLİ
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
135
football-plus.az

1Sources