EN

Millimizin rəqibinin futbolçusu “Yuventus”da

Qadın futbolçulardan ibarət Azərbaycanın millisinin Avropa çempionatının seçmə mərhələsində rəqibi olan İsveçrənin oyunçusu Alişa Lehmann İtaliyanın “Yuventus” klubuna keçib.

İdman.biz xəbər verir ki, bunu Turin klubunun mətbuat xidməti açıqlayıb.

Ulduz hücumçu ilə 2027-ci ilin iyununa kimi müqavilə imzalanıb. Alişa “Aston Villa”dan İtaliya təmsilçisinə keçib.

Qeyd edək ki, Lehmann Bakıda millimizə 4:0 hesabı ilə qalib gəldiyi oyunda 90 dəqiqə meydanda olub.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
77
44
idman.biz

10Sources