EN

Sautqeytin xüsusi oyunu

AVRO-2024-ün 1/4 final mərhələsinin İsveçrə ilə bugünkü oyunu İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt üçün xüsusi əhəmiyyətə malikdir.

İdman.biz xəbər verir ki, 53 yaşlı mütəxəssis futbolun yaradıcılarını 100-cü oyuna çıxaracaq.

2016-cı ilin sentyabrından bu postda olan Sautqeyt indiyədək 99 matçda iş başında olub. İngiltərə yığması onun rəhbərliyi altında 62 qələbə qazanıb, 20 heç-heçə edib və 17 dəfə uduzub.

Qeyd edək ki, İngiltərə - İsveçrə oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
109
idman.biz

1Sources