EN

Avropanın aparıcı nəşrləri Fransa yığmasını tənqid etdilər

Avropanın aparıcı nəşrləri Fransa yığmasının AÇ-2024-də oyunu haqda öz rəylərini dərc edərək, oxucularına çatdırıblar.

Arena.az məlumat verir ki, Fransa yığmasının AÇ-2024-ün 1/4 final mərhələsində Portuqaliya yığması ilə oyunu, həmçinin “xoruzlar”ın yarışda ümumi mənzərəsi Avropanın aparıcı nəşrlərinin futbol şöbələri tərəfindən mənfi qiymətləndirilirb.

Vurğulayaq ki, bu mənzərədə Fransa yığması oyunu “quru” (0:0) hesabla penaltilər silsiləsinə daşıyaraq, burada 5:3 hesabı qələbə qazana biliblər.

Əlavə edək ki, sürünən Fransa yığmasının mötəbər yarışda hesabında cəmi 3 qol var ki, bunlardan da 2-si rəqibin öz qapısına vurduğu avtoqollardır.

Oxucularımızı Avropa mətbuatının “xoruzlar” haqda rəyi ilə feyziyab etmək istəyirik:

“El Mundo” nəşri (İspaniya): “Fransa yığması pis oynayır. Eybəcərlik təcəssüm etdirirlər – nə az, nə çox. Bu, onlar 2018-ci ildə Dünya Kubokunu qazananda baş vermişdi, indi isə Almaniyada, guya yarışda ən yaxşı komandaya sahib olduqları vaxt baş verir”;

“A Bola” nəşri (Portuqaliya): “Fransa komandası heç kimi inandırmır. Didye Deşamın yetirmələri Hamburqda Portuqaliya yığmasına qalib gəldilər, amma bu Avropa çempionatında vurduqları son qolu xatırlamaq, şübhəsiz ki, onlara çətin olacaq” – portuqal nəşri “xoruzlar”ın “qol xədimliyi”nə eyham vurub;

“The Guardian” (Böyük Britaniya): “Bütün axşam həyəcan, əsəbilik və gərginliklə dolu idi ki, bu da final üçün daha uyğundur. Fransa yığması isə…”.

Xatırladaq ki, Didye Deşamın Avropa çempionatının yarımfinala vəsiqə qazanmış yetirmələri burada AÇ-2024-ün favoriti İspaniya yığması ilə qarşılaşacaqlar. Oyun iyulun 9-da baş tutacaq.

Chosen
104
arena.az

1Sources