Ermənistanın işğalı altında olan, bu ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.
Bakupost.az xəbər verir ki, bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.
Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işlərilə tanış olub.
Məlumata görə, yeni yol ona görə inşa edilir ki, Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək: "Buraya Güney kəndində iki ev, yolun bir hissəsi daxildir”.