EN

Niderland Futbol Federasiyasından Türkiyəyə MESAJ

Niderland Futbol Federasiyası Avropa çempionatının 1/4 mərhələsi çərçivəsində bu gün saat 23:00-da keçiriləcək görüşdən öncə Türkiyəyə dostluq mesajı göndərib.

Bununla bağlı paylaşım Niderland Futbol Federasiyasının rəsmi "X" hesabında edilib.

Paylaşımda qeyd edilib:

"Oyun sevgisini paylaşın".

Türkiyə Futbol Federasiyası isə niderlandlıların bu mesajını cavabsız qoymayıblar. "Ay-ulduzlar" cavab olaraq "Oyunun həyəcanını bölüşürük", - deyə paylaşım ediblər.

Qeyd edək ki, Niderland - Türkiyə görüşü Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

"Cebhe.info"

Chosen
158
2
cebheinfo.az

10Sources