EN

MSB: İraqın şimalında 2 kənd terrorçulardan azad edilib

İraqın şimalındakı Dərgələ və Miska kəndləri arasında 2 PKK terrorçusu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb.

Qeyd edilib ki, Dərgələ kəndində aparılan axtarış və yoxlama zamanı çoxlu sayda silah, sursat və texnika ələ keçirilib.

MSB-dən bildirilib ki, “qaçmağa yer qalmayan” PKK terrorçuları İraqın şimalında işğal etdikləri kəndlərdə gizlənmək üçün meşələri yandırıb, Dərgələ kəndini tamamı ilə yandırıblar: “Dərgələ və Miska kəndlərindəki silah-sursat anbarlarını partlatmaqla günahsız dinc sakinlərin həyatını təhlükəyə atan terrorçuların əməliyyat bölgələri ətrafındakı boşaldılan kəndləri partlayıcılarla mühasirəyə aldıqları məlum olub. Dərgələ kəndində komandolarımız tərəfindən ştativdə iki lüləli MLRA atıcı sistemi aşkar edilib. Sözügedən sistemdən tələ kimi istifadə edildiyi müəyyən edildikdən sonra METI qruplarımız mexanizmi müvəffəqiyyətlə məhv ediblər.

Qəhrəman komandolarımız Dərgələ və Miska kəndlərində günahsız dinc sakinlərdən terrorçular tərəfindən ələ keçirilən evlərdə axtarış fəaliyyətlərini dəqiqliklə davam etdirirlər. Axtarış zamanı mülki yaşayış məntəqələrinə daxil olmayan komandolarımız əhalinin bağlarına və mülklərinə zərər verməmək üçün son dərəcə həssaslıq nümayiş etdirir. Terrorçular tərəfindən evlərə yerləşdirilmiş partlayıcılar böyük diqqətlə təmizlənir”.

Nazirliyin açıqlamasında bildirilib ki, terrorçuların digər kəndlərdə də günahsız dinc əhalini sipər etdikləri, evlərində və bağlarında partlayıcı maddələrlə tələ qurduqları müəyyən edilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
89
ikisahil.az

1Sources