EN

Türk dünyası liderlərinin Şuşa paylaşımları

Xəbər verdiyimiz kimi, bu gün Şuşada Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Macarıstanın Baş naziri Viktor Orban, Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar, Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Zirvə görüşündə iştirak ediblər.

Tədbir Türk dünyası ölkələrində əsas gündəm mövzusu olub. 

Macarıstanın Baş naziri Viktor Orbanın Moskvadan birbaşa Füzuliyə, oradan da Şuşaya gəlməsi isə Avropa KİV-lərində geniş işıqlandırılıb. 

"Operativ Media" liderlərin sosial şəbəkə hesablarında paylaşımlara nəzər salıb. 

Qazaxıstan Prezidentinin Mətbuat Xidməti rəsmi X hesabında Şuşa səfərinə və TDT qeyri-rəsmi zirvəsinə dair video yayımlayıb.

Özbəkistan lideri Şavkat Mirziyoyevin sosial media hesabları da Şuşa səfəri zamanı xeyli aktiv olub. Özbəkistan liderinin hesablarında həm görüşlərə dair, həm də zirvə toplantısından çoxsaylı paylaşımlar edilib. Səfərə dair icmal video isə aşağıdakı kimi olub: 

 

Macarıstanın Baş naziri Viktor Orban isə instaqram hesabında hekayə, X hesabında isə foto yayımlayıb. 

Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz öz X hesabında Şuşa səfərindən fotolar yayımlayıb:

 Qırğızıstan Prezidentinin Mətbuat Xidməti də Şuşadan video paylaşımlar təqdim edib:

 

 

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar isə X hesabında Prezident İlham Əliyevlə görüşünə dair paylaşım edib: 

 

Chosen
193
24
operativmedia.az

10Sources