EN

Qız bürcü haqqında… Qız bürcünün bürclərlə uyğunluğu… Qız bürcü ayrılığı necə yaşayır?

Əksər insan bürclərə inanmır. Amma bəziləri də demək olar ki, hər gün bürcləri izləyir və “başına gələcəklər”dən xəbərdar olmaq istəyir. Təkcə gün ərzində baş verənləri deyil, digər bürclərlə uyğunluq haqqında da məlumatlar insanların diqqətini çəkir. Bizimyol.info “Bürclərin uyğunluğu” silsilə yazılar çərçivəsində 6-cı bürc olan Qız bürcünün digər bürclərlə uyğunluğu haqqında məqaləni oxucularına təqdim edir. Qız bürcü haqqında Məntiq və emosiyaların qarışıqlığı ilə üzləşdikləri üçün daim nizam axtarışında olurlar. Həyatlarında əsl sevginin ancaq məntiq süzgəcindən keçdiyinə inandıqları üçün, istək və ideallarına çatmaq üçün yaşayırlar. İstəməsələr də, qərəzli olmaqdan əl çəkə bilmirlər. Birlikdə olduqları insanı hər zaman mükəmməl görmək istədikləri üçün tənqidləri ilə partnyorlarını həyatlarından bezdirə bilirlər. Yüksək standartları da zamanla özlərini narahat edir. Çox gec yaşlarda evlənən "xroniki" subay Qız bürcləri ilə qarşılaşa bilərsiniz. Onlar özlərini asanlıqla təslim edə bilmirlər. Həyatı sorğulamaqdan əl çəkmədikcə və hisslərində ön mühakimə yürütməyə davam etdikcə sevgilərini yaşamaqda çətinlik çəkəcəklər. Qız bürcünün nümayəndələri həyata sadə baxan təbii və səmimi insanlardır. Onlarla yaşamaq asan deyil. Onlar nizam-intizam hissi ilə yaşadıqları üçün, birlikdə olduqları insanların həyat nizamlarına müdaxilə edirlər. Ehtiyatlı olurlar və səhv etməkdən qorxurlar. Müdafiə edir və mükəmməl olmaq üçün hər fürsətdən istifadə edirlər. Onların etmək istədikləri ilə arzuları arasında heç bir uçurum yoxdur. Onlar dünyaya öz şəxsi çərçivələrindən baxmağa öyrəşiblər. Qız bürcündən olan şəxslərin klassik və sadə zövqləri var. Hədəflərini yaxşı seçirlər. Uğur üçün heç bir əngəl tanımırlar. Neytral görünsələr də, tərəf tuturlar. Qız bürcü ehtiraslıdır, lakin qisasçı deyil. Onlar emosiya və məntiq arasında böyük tarazlıq yaratmaq qabiliyyətinə malikdirlər. Münasibətlərində çox sevirlərsə, güzəştə gedəcəklər. Onlar tənqid oluna bilməzlər. Qız və Qoç bürc uyğunluğu Qoç bürcü ilə ilk vaxtlar yaxşı anlaşacaqsınız. Qoç sizinlə maraqlanacaq və sevəcək. Ancaq Qoç, düzəlməz bir macəraçıdır. Onun həvəsli, səbirli və yenilikçi xasiyyəti ilk anlardan diqqətinizi çəkəcək. Üstəlik, cazibədar Qoç bürcünə "yox" demək mümkün deyil. İstəsəniz də onun qədər isti ola bilməzsiniz. Tənqidi cəhətləriniz Qoç qarşısında olduqca mülayim olacaq. Bir dəfə sizdən uzaqlaşsa, geri qayıtması qətiyyən mümkün deyil. Unutmayın ki, bu sevgi nə qədər davam etsə də, bir gün mütləq bitəcək. Qız və Buğa bürc uyğunluğu Burada bir-birini başa düşən iki insan var. Hər ikiniz maddə ilə maraqlanırsınız. Tənha Buğa ehtiraslı və dərin hisslər sahibidir. O, asan qane olmur və hər şeyin ən yaxşısını istəyir. Siz tənqidi sevirsiniz və iti dilinizdən istifadə edirsiniz. Ancaq Buğa bürcünə xəsarət yetirmək asan deyil. Sakit və inadkar təbiəti ilə sizi səssizcə əzməyə qadirdir. Ona qarşı nə etsəniz də, təsirli ola bilməzsiniz. Astrologiyanın düzgün əlaqələrindən biridir. Qız və Əkizlər bürc uyğunluğu Siz Əkizlər bürcü ilə eyni elektrik enerjisini paylaşırsınız. O da sizin kimi ağıllıdır. Sizi ilk görəndə bəyənəcək və sizi əldə etməyin yollarını tapmağa çalışacaq. Üstəlik, Əkizlər Qız bürcündən daha hiyləgərdir. Başqasını özünə bağlamağın yollarını yaxşı bilir. Onun zarafatcıl zəkası ilə sizi ovucunda tutmaq çətin olmayacaq. Bu əlaqənin davam etdirilməsi üçün istənilən şərtlər uyğun ola bilər. Amma siz özünüzdən daha ağıllı bir insana asanlıqla dözə bilməzsiniz. Bu münasibət bir gün bitəcək. Yol yaxın ikən, dost qalmağı bacarmalısınız. Qız və Xərçəng bürc uyğunluğu Xərçənglə yaxşı bir ünsiyyətiniz var. Ancaq unutmayın ki, aranızda fərqlər ola bilər. Siz məntiqinizlə hərəkət edərkən, Xərçəng duyğularını dinləyəcək. Davamlı olaraq dəyişən bir insanla anlaşmaq sizin üçün çətin ola bilər. Xərçəng sizin maddi nəsnələrə bağlılığınızı çox yaxşı başa düşəcək və pulunuza qənaət etməyə kömək edəcək. O da sizin detallara diqqət yetirməyinizi bəyənəcək. Siz birlikdə yaxşı bir həyat qura bilərsiniz. Xərçəng qısqanclığını gücləndirmədikcə, hər şey mükəmməl gedəcək. Qız və Şir bürc uyğunluğu Siz də bilirsiniz ki, Şir bürcü ilə yaşamaq asan deyil. Dünyanın öz ətrafında döndüyünü düşünür. Səxavətli və paylaşan biri olsa da, eyni zamanda təkəbbürlüdür. Sevgidə rasional deyil. Onların qısqanclıq və eqoist tərəflərini də inkar edə bilməzsiniz. Qız bürcü olaraq qarşınızdakı insanı tənqid etməyə bilməzsiniz. Bundan əlavə, Şir bürcünün təmtəraqlı olma meyli sizi dəli edə bilər. Münasibətinizin balansına baxdığınız zaman itki o qədər yüksəkdir ki, hər ikiniz emosional iflas astanasına gəlməzdən əvvəl, yollarınızı ayırmalısınız. Hər şey günahsız flört sərhəddində qalmalıdır. Qız və Qız bürc uyğunluğu Bir çox ümumi xüsusiyyətləri olan məntiqi birlik. Hər ikiniz maddiyata əhəmiyyət verirsiniz, dostlarınızla olmaqdan həzz alırsınız və saatlarla söhbət etməyi sevirsiniz. Detallar hər ikiniz üçün çox vacibdir və siz birlikdə planlar qurmağı xoşlayırsınız. Üstəlik, ikiniz də keyfiyyətli həyat hədəfləyirsiniz. İndiyə qədər hər şey yaxşı getsə də, qarşılıqlı tənqidi münasibətiniz mənfi nəticə göstərə bilər. Heç birinizin astrologiyanın ən xüsusi tərəfdaşlığını pozmağa haqqı yoxdur. İllər keçdikcə bu birlik daha da gözəlləşəcək. Qız və Tərəzi bürc uyğunluğu Tərəzi bürcünü başa düşmək asan deyil. Ağıl və duyğu arasında körpü qura bilən, fərqli bir insanla birlikdə olmaq şansı hər kəsə nəsib olmur. Tərəzi də sizin qədər pulu sevir. Eyni zamanda qənaət etməkdənsə, yaxşı yaşamaq və xərcləmək üçün ona sahib olmaq istəyir. Tərəzi bürcünü tənqid edə bilməzsiniz. Əgər belə bir səhv etsəniz, o, sizdən inciyəcək, əsəbiləşəcək və dərhal uzaqlaşacaq. Bununla belə, Tərəzi, indiyə qədər rastlaşacağınız ən fərqli xüsusiyyətə malikdir. Nə olursa olsun, bu birliyi qorumalısınız. Qız və Əqrəb bürc uyğunluğu Sizin rasional, məntiqli, dostluğu sevən xasiyyətinizlə Əqrəbin skeptik, ağıllı və intuitiv tərəfi çox yaxşı uyğunlaşır. Hər ikiniz bir-birinizdən enerji alır və canlanırsınız. Bu, uzun müddətdir arzuladığınız bir münasibətdir və bu münasibəti qorumaq üçün hər cür fədakarlığı edirsiniz. Əqrəb sevdiyini qucaqlayır və qoruyur. Qız bürcü vərdişlərini qiymətləndirir. Əqrəbin sevgisi onda asılılıq yaradır və aralarında vazkeçilməz bir əlaqə başlayır. Onların öz problemləri olsa belə, sevgiləri ömür boyu davam edəcək. Qız və Oxatan bürc uyğunluğu Oxatan bürcü çox yönlüdür. O, duyğularından çox məntiqlə hərəkət edir. Oxatan, iddialı və idealist bir təbiətə malikdir. Heç kimdən təsirlənmir və fərdi yaşamaqdan həzz alır. Başlanğıcda sizin ağıllı və rasional yanaşmanız ona maraqlı olacaq. Daha sonra parıltınız sönəcək və açıq olan bu münasibətə çox maraq göstərmək istəməyərək, fikirlərini qorxmadan ifadə edəcək. Oxatanın dürüstlüyünə heyran ola bilərsiniz. Unutmayın ki, Oxatan ilə anlaşmaq asan deyil. Siz birlikdə olmaqda israr etsəniz, Oxatan sizi daim incidəcək. Qız və Oğlaq bürc uyğunluğu Budur, hər şeydə sizinlə razılaşmağa hazır olan bir insan. Bütün zövqləriniz ümumidir. Oğlaq ağıllı, skeptik, məntiqli və arxayındır. Detallara diqqət yetirir. Haqqınızdakı təfərrüatları unutmayacaq və jestləri ilə sizi valeh edəcək. Oğlaq bürcündə hər zaman istədiyiniz hər şeyi tapa bilərsiniz. O da sizin kimi materiyaldır. Gələcəklə bağlı narahatlıq hiss edir və daim öz yaşayış şəraitini genişləndirməyə çalışır. Sizin sayənizdə onun introvert münasibəti xarici dünyaya açılır. O, sizin yanınızda özünü fərqli və xoşbəxt hiss edir. Bu birliyi heç kim poza bilməz. Qız və Dolça bürc uyğunluğu Dolçalar ağıllıdırlar. İnformasiyaya önəm verirlər. Yüksək idealları olan bu insanın dəyər verdiyi hər şey sizin də diqqətinizi cəlb edəcəkdir. Müasir görünür. Əslində o, mühafizəkardır və vərdişlərindən asılıdır. Onun bu xüsusiyyətlərini görəcək və münasibətiniz haqqında daha müsbət şeylər düşünəcəksiniz. Bu münasibət emosiyadan çox rasionallığa əsaslanır. Hər kəs öz vəzifəsini çox yaxşı bilsə, bu münasibət də bir ömür sürər. Dolça sizə kritik cəhətlərinizdən daha diqqətli istifadə etməyi öyrədəcək. Münasibətinizi qorumalısınız. Qız və Balıqlar bürc uyğunluğu Emosional və həssas Balıqlarla anlaşmaq son dərəcə çətindir. Həyata yalnız hissləri ilə baxırlar. Məntiqi yanaşmalarınızı anlaya bilməzlər. Onun öyrənməyə olan marağı sayəsində fərqli şeyləri paylaşa, eyni düşüncə tərzinə sahibsinizsə ona çox şey öyrədə bilərsiniz. Hər ikiniz zamanla birlikdə paylaşmağı öyrənəcəksiniz. Amma bu münasibətdə aranızdakı elektrik həmişə əksik olacaq. Sizdə olan dostluq hissi onda da var. İllər keçdikcə münasibətinizdə nələrsə azalacaq. Qız bürcü ayrılığı necə yaşayır? Siz Merkuri insansınız. Siz heç vaxt rasionallıqdan əl çəkmirsiniz. Sanki baş verə biləcəklərə hazırsınız. Bir anlıq düşünüb, hardasa səhv etdiyinizi anlamağa çalışırsınız və münasibətinizlə bağlı qısaca sorğu-sualdan sonra heç kimi günahlandırmadan onu unutmağa çalışırsınız. Hər şey məntiq çərçivəsində baş verdi və bitdi. Siz artıq işləməyi o qədər sevirsiniz ki, həmişə özünüz üçün yeni məsuliyyətlər tapırsınız. Münasibətinizdən əldə etdiyiniz təcrübələrin üstünlüklərini hər zaman öz xeyrinizə istifadə edə, hətta ətrafınızdakılara bu mövzuda mühakimə yürüdə bilərsiniz. Hamı sevgi ağrısını unutmağa çalışarkən, sizin güclü şəxsiyyətiniz belə primitiv duyğulara boyun əymir. Amma siz bilirsiniz ki, ürəyinizin bir yerində gizlənmiş acı hələ də sizi incidir. İlahin, Bizimyol.info

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
bizimyol.info

1Sources