EN

İranda Pezeşkianın andiçmə mərasiminin vaxtı açıqlanıb

İranın seçilmiş prezidenti Məsud Pezeşkianın andiçmə mərasimi yalnız o, Məclisin deputatı vəzifəsindən istefa verdikdən sonra baş tutacaq. Bizimyol.info xəbər verir ki, bu barədə Milli Məclisin Rəyasət Heyətinin nümayəndəsi, prezident seçkilərinin təşkili üzrə icraiyyə komitəsinin üzvü Əlirza Səlimi məlumat verib. "Məclisin fasilədən sonra ilk iclası ayın 31-də (iyulun 21-də) baş tutacaq, bu iclasda Pezeşkiandan deputat səlahiyyətlərinin alınması məsələsinə səsvermə keçiriləcək", - NourNews agentliyi onun sözlərini sitat gətirir. Səliminin qeyd etdiyi kimi, andiçmə mərasimindən iki həftə sonra seçilmiş prezident öz Nazirlər Kabinetini parlamentin təsdiqinə təqdim etməlidir. İyulun 5-də İranda ölkə başçısı İbrahim Rəisinin ölümündən sonra təyin edilmiş növbədənkənar prezident seçkilərinin ikinci turu keçirilib. İslahatçılar qanadının namizədi, keçmiş səhiyyə naziri Məsud Pezeşkian ümumi səslərin 53,6%-ni toplayaraq qalib gəlib. Mühafizəkar Səid Cəlili 44,3% səs toplayıb. Qadir, Bizimyol.info

Chosen
64
50
bizimyol.info

10Sources