EN

Naxçıvanda həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs tutuldu - Yenilənib

İyunun 28-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Tumbul kəndində 1993-cü il təvəllüdlü Rahib Abdullayevi kəsici alətlə qətlə yetirməkdə şübhəli bilinən şəxs müəyyən edilib.

Naxçıvan MR DİN-in Mətbuat Xidmətindən “Qafqazinfo”ya bildirilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlu Türkiyə Respublikasında  saxlanıb.

O, istintaqa təhvil verilib.

Araşdırma aparılır.

***

Naxçıvan Muxtar Respublikası Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.

Bildirili ki, həmkəndlisini öldürməkdə şübhəli bilinən şəxs tutulub:

“İyunun 29-da bir nəfər Naxçıvan şəhər Tumbul kənd sakininin kəsici-deşici alətlə vurularaq ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla Naxçıvan şəhər Tumbul kənd sakini 1974-cü il təvəllüdlü Hüseynov Kərim Həsən oğlunun şəxsi münasibətlər zəminində həmkəndlisi və qohumu 1993-cü il təvəllüdlü Abdullayev Rahib Əsgər oğluna kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürdükdən dərhal sonra Türkiyə Respublikasına qaçmasına əsaslı şübhələr müəyyən edilib. Şəxsin tutulması istiqamətindəTürkiyə Respublikasının hüquq-mühafizə orqanları ilə birgə əməkdaşlıq həyata keçirilib və Kərim Hüseynov bu gün Sədərək gömrük postundan Naxçıvan Muxtar Respublikası hüquq-mühafizə orqanlarına təhvil verilib.

Kərim Hüseynov prokurorluğun qərarı əsasında şübhəli şəxs qismində tutulub. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
58
3
qafqazinfo.az

4Sources