EN

AVRO-2024: İngiltərə yarımfinalda

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında İngiltərə və İsveçrə yığmaları arasında keçirilən 1/4 final görüşü başa çatıb.

Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşdığına görə, qalibi müəyyən etmək üçün hər biri 15 dəqiqədən ibarət iki əlavə hissə oynanılıb. Əlavə vaxtda da qol vurulmadığından, qalib penaltilər seriyasında bəlli olub.

Rəqibindən daha dəqiq olan İngiltərə yarımfinala vəsiqə qazanıb.
 

Chosen
72
demokrat.az

1Sources