EN

Lukaşenko ukraynalılarla rusları Belarus kəndlərində torpaq almağa çağırıb

Belarus prezidenti Aleksandr Lukaşenko belarusları və onların Ukrayna və Rusiyadan olan dostlarını onların ölməsinin qarşısını almaq üçün Belarusun perspektivsiz kəndlərində cüzi pul müqabilində kiçik torpaq sahələri almağa dəvət edib.

“İki sahil” xəbər verir ki, dövlət başçısı deyib: “Hörmətli belaruslular və Ukrayna ilə Rusiyadan olan ən yaxın dostlarımız, mənim qəpik-quruşa perspektivsiz adlanan kəndlərdə kiçik torpaq sahələri almaq təklifim barədə düşün”.

Belarusun Mogilev vilayətində keçirilən "Kupalya" respublika bayramında çıxış edən Lukaşenkonun fikrincə, orta və kiçik kəndlər ölməməlidir: “Bilirsiniz ki, kəndimiz xilas edilib. Biz mindən çox kənd təsərrüfatı şəhərciyi tikirik. Onların harada olacağı artıq müəyyən edilib. Bunlar kiçik, orta ölçülü kəndlərdir. Möcüzə yerlərdir, yaşasınlar, məhv olmasınlar”.

Dövlər başçısı xəbərdarlıq edib ki, sabah gec olacaq. Onun sözlərinə görə, Belarus ruslar və ukraynalılar üçün sakit və rahat bir guşəyə çevrilib. Onlar sülh və əmin-amanlıq üçün gəlirlər.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Chosen
87
ikisahil.az

1Sources