EN

Misir, ABŞ və İsrail gələn həftə Qəzza ilə bağlı məsləhətləşmələr aparacaq

Misir,

Bakı, 7 iyul, AZƏRTAC

Misir, ABŞ və İsrail nümayəndələri arasında Qəzza zolağında nizamlama üzrə məsləhətləşmələr gələn həftə Qahirədə keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.

Misir hökumətindəki yüksəkrütbəli mənbənin qeyd etdiyi kimi, Misir Qəzzada atəşkəs razılaşması ilə bağlı həll olunmamış məsələləri müzakirə etmək üçün İsrail və Amerika nümayəndə heyətlərini qəbul edəcək. Mənbə əlavə edib ki, Misir tərəfi İsrail həbsxanalarında məhbus olan fələstinlilərlə girovların dəyişdirilməsi ilə bağlı HƏMAS nümayəndələriylə məsləhətləşmələri davam etdirəcək.

Chosen
127
4
azertag.az

5Sources