EN

NATO sammiti öncəsi Vaşinqtonda etirazlar başlayıb

Vaşinqtonda NATO sammitindən əvvəl etiraz aksiyaları başlayıb – fəallar alyansın ləğv edilməsini və bütün dünyada Amerika hərbi bazalarının ləğvini tələb edirlər.

“RİA Novosti” xəbər verir ki , mitinq iştirakçıları Presviterian kilsəsinə “NATO-ya müqavimət göstərin!”, “ABŞ imperializmini dayandırın!” və “NATO-nun dəstəklədiyi müharibəyə son qoyun! ABŞ bazalarını bağlayın!

Etirazlarda həmçinin İsrailə Amerika silahlarının verilməsini dayandırmaq çağırışları da yer alıb.

Sammit iyulun 9-11-də Vaşinqtonda baş tutacaq.

Ağ Ev Ukraynada hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsini elan etməyi planlaşdırdığını bildirib.

DOĞRU.AZ

Chosen
178
7
dogru.az

9Sources