EN

Bakıda lombard yanıb

Bakının Nəsimi rayonunda yanğın hadisəsi baş verib.

Hadisə metronun "Nizami" stansiyasının yaxınlığında qeydə alınıb.

Cəfər Cabbarlı 10B ünvanında yerləşən sahəsi 15 kvadratmetr olan lombardda yanğın baş verib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) üç yanğınsöndürmə texnikası və canlı briqadası cəlb edilib.

Yanğınsöndürənlər obyektdə olan yanar konstruksiyaları alovdan qoruyaraq çölə çıxarıblar.

Alovun digər obyektlərə keçməsinin qarşısı alınıb.

İlkin ehtimala görə, hadisəyə səbəb kondisionerin elektrik naqilinin əriməsi olub. Hazırda araşdırma aparılır.

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
52
oxu.az

1Sources