EN

Braziliyasız yarımfinal

ABŞ-də təşkil olunan futbol üzrə Amerika Kubokunda bütün yarımfinalçılar bəlli olub. Bu raundun cütləri 1/4 final mərhələsinin son iki oyunundan sonra dəqiqləşib.

Kolumbiya yığması Panamanı 5 cavabsız qolla üstələyib. Məğlubların heyətində “Turan Tovuz”un müdafiəçisi Roderik Miller bir hissə oynayıb.

Uruqvay – Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında rəqibinə uduzan (2:4) “sambaçılar” turnirlə vidalaşıb.

Kolumbiya – Panama 5:0

Qollar: C.Kordoba, 8. X.Rodriqes, 15-penalti. L.Dias, 41. R.Rios, 70. M.Borxa, 90+4-penalti.

Uruqvay – Braziliya 0:0 (penaltilər seriyası 4:2)

Yarımfinal mərhələsində Argentina Kanada, Uruqvay isə Kolumbiya ilə üz-üzə gələcək. Qarşılaşmalar müvafiq olaraq 10 və 11 iyulda gerçəkləşəcək. Final görüşü iyulun 14-də olacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
80
futbolinfo.az

1Sources