EN

İdman bürcü - Astroloji PROQNOZ: 8-14 iyul

Əksər insanlar astroloji proqnozların onların taleyinə sirayət etdikləri qənaətindədir. Tarixən ən məşhurlar belə mənsub olduqları bürcə görə günə necə başlayacağını tənzimləyiblər. Bütün sahələrdə olduğu kimi, bürclər idmançılar arasında da böyük maraq doğurur. Astroloqların təbirincə desək, bürclər bəzi ipuçları verir, nəticə çıxarmaq isə sizdən asılıdır.

İdman.bizin təqdim etdiyi “İdman bürcü” müxtəlif idman növlərilə məşğul olan sağlam ruh sahiblərinin həftə ərzində necə hərəkət etmələrində bir növ mayak rolunu oynayacaq. Eyni zamanda, peşəkar idmançı olmasanız belə, “İdman bürcü”nü oxumaqla istirahətə və ya məşqə necə yanaşmağın istiqamətlərini görə biləcəksiniz.

Qoç
Qoç bürcü altında doğulanları bu həftə gərgin iş gözləyir. Rəhbərlik işinizdən narazı ola bilər, tənqid və təzyiq ehtimalı var. Hər şeydən imtina edib uzaqlara getmək istəyə bilərsiniz. İntriqaya cəlb edilmək ehtimalınız yüksəkdir. Lakin susmağa üstünlük verməlisiniz. Bütün səylərinizi maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün sərf edin. Bununla bağlı yaxınlarınızdan kömək istəməkdən çəkinməyin. Yeni bir layihəyə başlamaq arzunuz varsa, əlverişli zamandır. Qılıncoynatma, güləş, qaçış, avarçəkmə, atıcılıq və velosiped idmanında nailiyyətlər qaçılmazdır.

Buğa
Bu həftə Buğa diqqət mərkəzində olacaq. Komanda sizi dinləyib izləyəcək. Lider mövqe tutmaq və ətrafınızdakı hər şeyi idarə etmək üçün hər şansınız olacaq. Həftənin ortasında bütün həyatınızı dəyişəcək bir insanla taleyüklü görüş şansı var. Bu həftə pul xərclərinizlə diqqətli olun - alış-veriş edin, lakin hələ investisiya etməyin. Sağlamlığınıza xüsusi diqqət yetirin. Artıq idman prosedurlarına başlamağın vaxtıdır. Şahmat, boks, futbol, cüdo, stolüstü tennislə məşğul olanlar üçün uğurlar qaçılmazdır.

Əkizlər
Əkizlərin bu həftə özünə qarşı inamı ciddi şəkildə yoxlanılacaq. Çərşənbə axşamı-çərşənbə günü ciddi situasiya ilə üzləşməli olacaqsınız. Bu zaman özünüzdə güc və enerji artımı hiss edəcəksiniz. Ancaq hər şeyi məcbur etməyin: bu günlərdə təşəbbüsünüz düşmənçiliklə qarşılanacaq. Diqqətinizi sakitliyə yönəldin, hər şeyi bir anda etməyə çalışmayın. Cümə günü subay Əkizlər şəxsi həyatlarını yaxşılaşdırmaq şansı əldə edəcəklər. Yeni tanışlıqdan faydalanmaq şansınız var. Həftə sonu sağlamlığınıza ciddi fikir verin. Hokkey, stolüstü tennis, voleybol, həndbol və basketbol növlərində hədsiz uğurlar gözlənilir.

Xərçəng
Bu həftə qeyri-müəyyən dövr olacaq. Heç kimə planlarınız haqqında heç nə deməyin. Səbirli olmalı və riskdən yayınmalısınız. Addım atarkən məntiqə deyil, daxili hisslərinizə qulaq asın. Bacardığınız qədər istirahətinizə vaxt ayırın. Lakin hadisələrin bu məcrada davam etməsindən narahat olmayın. Maliyyə durumunuzda müsbətə doğru dəyişikliklər baş verəcək. Bu, əhval-ruhiyyənizin yüksəlməsinə səbəb olacaq. Ümumiyyətlə, həftə daha ciddi bir işə keçmək üçün çox yaxşı dövrdür. Avarçəkmə, sambo, gimnastika və güləş növləri ilə məşğul olanların xoş müjdələr alacağı qaçılmazdır.

Şir
Həftə ciddi məsələlər üçün kifayət qədər əlverişli olacağını vəd edir. Vacib işinizi həyata keçirməyin vaxtıdır. Plan qurun və hərəkətə keçin. İşdə təmkinlə hüquqlarınızı müdafiə etməyə çalışın. Münaqişələrə girməyin, əks halda uduzacaqsınız. Həftənin əvvəlində sizi maraqlı səfərlər və yeni insanlarla görüşlər gözləyir. Tanışlıq çox faydalı ola bilər. Həftənin sonunda evdəki problemlərə qapılmayın, daha çox gəzintiyə çıxın. Dostlarınızla görüşün və səmərəli vaxt keçirin. Səhhətinizlə bağlı kiçik problemləriniz olduğu halda mütləq həkimə müraciət edin. Cüdo, güləş, üzgüçülük, futbol və karate ilə məşğul olan idmançıların bəxti üzlərinə güləcək.

Qız
Həftə çətinlikləri aradan qaldırmaq üçün çox əlverişlidir. İş və biznes məsələlərini həll etmək üçün daha çox enerjiyə ehtiyacınız olacaq. Lakin gözlədiyiniz nəticəni dərhal almaya bilərsiniz. Bundan o qədər də heyfislənməyin. Yeni bizneslər yavaş-yavaş inkişaf edəcək, böyük gəlirlər bir az sonra gələcək. Bu həftə bacarıqlarınızı təkmilləşdirməyin zamanıdır. Həftənin ikinci yarısında yola çıxarkən diqqətli olun, xəsarət, qəza və ya cərimə riski yüksəkdir. Səhhətinizə diqqət edin. Atçılıq, otüstü hokkey, üzgüçülük, voleybol və qaçış növlərində uğurlar gözləniləndir.

Tərəzi
Bu həftə Tərəzilər həyatlarını kökündən dəyişmək şansı əldə edəcəklər. Planlarınız nə qədər böyük və inanılmaz görünsə də, həyata keçəcək. Həftənin ortasında yeni iş təklifi ala bilərsiniz. Mütləq qəbul edin - bu, sizə möhkəm qazanc gətirəcək. Rəhbərliklə yaxşı münasibətinizi korlamamağa çalışın və həmkarlarınızı tənqid etməyin. Cümə günü səhvlər, uğursuzluqlar və nasazlıqlar ehtimalı yüksəkdir. Səbirli olmağa çalışın. Həftəsonu təbiət qoynunda yaxşı dincəlməyə səy göstərin. Məhsuldarlığınız və əhvalınız bundan asılı olacaq. Şahmat, güləş, boks, üzgüçülük və karate idman növlərində bol-bol uğurlar vəd edilir.

Əqrəb
Əqrəblərə bu həftə tənbəllik etmək qəti qadağandır. Çünki son aylarda əldə etdiyiniz hər şeyi tamamilə itirə bilərsiniz. Maneələri dəf etməyə hazır olun. Bundan sonra əhəmiyyətli irəliləyiş əldə edə bilərsiniz. Həftənin sonunda arzuladığınız məqsədə doğru irəliləməyə mane olan bir çox hallar aradan qalxacaq. Həm iş, həm də şəxsi həyatınızda özünüzü daha inamlı və sərbəst hiss edəcəksiniz. Şənbə və bazar günləri məhsuldar alış-veriş və sevgi macəraları vəd edilir. Həndbol, güləş, basketbol, futzal, voleybol və atıcılıq idman növlərində uğurlar vəd olunur.

Oxatan
Oxatanlar bu həftə sanki, hiss və düşüncələrinin reallaşacağının şahidi olacaq - şans, məyusluq, maliyyə çətinlikləri. Hər şeyə fəlsəfi yanaşın, o zaman vəziyyət asanlıqla həll olunan kimi görünəcək. Yeni və aydın olmayan işlərlə məşğul olmağınız tövsiyə edilmir. Əks təqdirdə, daha çox maneələrlə üzləşə bilərsiniz. Pul baxımından həftənin məhsuldar olacağı ehtimalı azdır, ona görə də qənaət edin. Həftənin sonunda qohumlarla münaqişə ehtimalı var. Səbirli olun. Gündəlik iş rejiminə əməl etməyə çalışın. Tennis, cüdo, sambo, basketbol, həndbol və voleybolçular üçün yaxşı başlanğıc olacaq.

Oğlaq
Bu həftə əhvalınızı yüksəldəcək gözlənilməz qazanclara arxalana bilərsiniz. Bununla belə, planlaşdırılmamış xərclər də mümkündür. İndi müxtəlif insanlarla daha çox ünsiyyət qurmalı, dost və tanışlarla dairənizi genişləndirməlisiniz. Həmfikir insanları tapmaq ehtiyacını hiss edirsinizsə, o zaman vəziyyətin özü sizi etibarlı şəkildə müttəfiq adlandıra biləcəyiniz maraqlı şəxsiyyətlərlə tanış olmağa sövq edəcək. Onlar həm iş məsələlərində, həm də şəxsi müstəvidə sizə dəstək olacaq və kömək edəcəklər. Həftənin sonunda sizə qəfil işgüzar səfər təklif oluna bilər. Qərar verərkən intuisiyanıza güvənin. Karate, gimnastika, güləş və cüdo və stolüstü tennis ilə məşğul olanları şəxsi həyatları ilə bağlı xoş müjdələr gözləyir.

Dolça
Həftə Dolçalara çoxlu xoş və müsbət anlar vəd edir. Böyük təşkilatlarda çalışan bürcün nümayəndələri ayıq-sayıq olmalıdırlar: ola bilsin, bəzi həmkarlar sizi oyundan kənarlaşdırmağa və ideyalarınızdan yararlanmağa çalışacaqlar. Böyük alışlara pul xərcləməyi planlaşdırırsınızsa, vaxt ayırın və sövdələşmənin şərtlərini diqqətlə öyrənin. Çox güman ki, bu həftə sizə qeyri-rəsmi yolla pul qazanmaq təklifi gələcək. Razılaşmağa tələsməyin, hər şeyi ölçüb-biçin - risk son dərəcədə yüksəkdir. Şəxsi həyatınızda emosional qarşıdurmalardan qaçmağa çalışın. Heç bir şikayət səsləndirməyin, əks halda xoşagəlməz nəticələrə səbəb olacaq. Atıcılıq, çövkən, güləş, atletika, avarçəkmə və cüdo növləri ilə məşğul olanlar üçün şanslı həftədir.

Balıqlar
Balıqlar üçün bu həftə ünsiyyət və təmaslarla bağlı heç bir şey üçün uyğun vaxt deyil. Riskli sövdələşmələr etməyin, şübhəli görüşlərə razı olmayın. Səbirli olun, gözləmə mövqeyində durun, həyat dəyərlərinizi yenidən nəzərdən keçirin. Enerjinizi ağılla istifadə edin və layihələrinizi, planlarınızı yavaş-yavaş həyata keçirin. Etdiyiniz səylər bir az sonra bəhrəsini verəcək. Bu həftə sağlamlığınıza, o cümlədən psixoloji durumunuza ciddi fikir verin. Parkda gəzinti, rahatlaşdırıcı vannalar və masajlar sizə yalnız xeyir verəcək. Güləş, karate, minifutbol, futzal və basketbol idman növlərində uğurlar qazanmaq şansı böyükdür.

İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
82
40
idman.biz

10Sources