EN

Britaniya və Almaniya XİN başçıları Avropanın NATO-da rolunu müzakirə ediblər

Böyük Britaniyanın yeni xaric işlər naziri Devid Lemmi Almaniyaya ilk səfərini edib, bu ölkənin xarici işlər naziri Annalena Berbokla görüşüb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə Almaniya Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilib ki, xarici işlər nazirləri Avropanın NATO-da mövqeyinin möhkəmlənməsi və Avropanın Ukraynanı daha effektiv dəstəkləməsini müzakirə ediblər.

Yaxın Şərqdəki vəziyyət və iqlim gündəliyi də Annalena Berbok və Devid Lemminin diqqət mərkəzində olub.

Böyük Britaniyanı Avropanın ayrılmaz hissəsi sayan Almaniya Xarici İşlər Nazirliyi Berlin və Londonun elm, mədəniyyət və təhlükəsizlik sahəsində sıx əməkdaşlıq etdiyini vurğulayıb.

Bildirilib ki, rəsmi Berlin Britaniyanın Avropa İttifaqına daha yaxın olması üçün çalışır. (Apa)

 

Chosen
87
11
konkret.az

10Sources