EN

Lebron müqavilə müddətini uzatmağa razılıq verdi

“Leykers”in forvardı Lebron Ceyms klubla müqavilə müddətini uzatmağa razılıq verib.

39 yaşlı amerikalı ulduz ikiillik, dəyəri 104 milyon dollar olan müqavilə imzalayacaq. Onun ötən mövsüm keçirdiyi 71 oyunda orta hesabla 25,7 xal topladığını xatırladaq.

“Gölməçəsevərlər”in bir neçə gün əvvəl draftda Lebronun oğlu Bronnini 55 nömrə altında seçdiyini xəbər vermişdik. Heç şübhəsiz, bu məqam da ulduzun klubla müqavilə müddətini uzatmasında önəmli rol oynayıb.

Chosen
97
football-plus.az

1Sources