EN

“Neftçi”nin idman direktoru bəraət aldı - MƏHKƏMƏ İŞİ

Ötən ilin sentyabrından bəri isveçli mütəxəssis Yens Andersson “Neftçi”də idman direktoru vəzifəsini icra edir. O, buna qədər ölkəsinin AİK (2010-13, 2014, 2018-20), Xorvatiyanın “Xayduk” (2013), Danimarkanın “Orhus” (2014-16) klublarındada və 2021-ci ildən İsveç millisində idman direktoru kimi çalışmışdı.

İsveç mətbuatının məlumatına görə, təcrübəli futbol adamı Stokholm şəhər məhkəməsində bəraət qazanaraq, 140 min kron cərimədən yaxa qurtarıb. İsveçin Futbola Maliyyə Nəzarəti Qurumunun iddiasına görə, keçmiş futbol ulduzu Yens oyunçu satışı zamanı insayder məlumatları açıqlayıb. Təxminən üçillik məhkəmə çəkişməsindən sonra Anderssonun haqlı olduğu ortaya çıxır.

Məhkəmə prosesinin səbəbi 2021-ci ildə Anderssonun insayder məlumatlarını kənar şəxslərə açıqlamasına görə Futbola Maliyyə Nəzarəti Qurumu ilə arada yaranan mübahisədi. Səlahiyyətli orqan hesab edirdi ki, Andersson AİK-in baş direktoru vəzifəsində çalışarkən 2019-cu ildə milli komandanın oyunçusu Kristofer Olssonun Rusiya “Krasnodar”ına satışı zamanı insayder məlumatları 5 nəfərə açıqlayıb. Maliyyə qurumunun iddiasından belə görünürdü ki, bu məlumatı öyrənən şəxslər AİK üçün heç bir işlə məşğul deyillər. Bu da öz növbəsində Avropa İttifaqının qaydalarından sui-istifadədi. Şikayətçi qurum satışın AİK-in 2019-cu il üçün xalis gəlirlərinə böyük təsir göstərdiyini bildirib. Lakin bir neçə hüquqi mərhələdən sonra Stokholm dairə məhkəməsi bu pozuntunun üzürlü olduğuna qərar verib və Maliyyə Nəzarəti Qurumunun 140 min kron məbləğində cərimə tələbini rədd edib.

İsveç mətbuatı xəbər verir ki, hökm çərşənbə günü çıxarılıb: “Anderssondan gələn məlumatın alıcılar üçün hər hansı bir üstünlüyə gətirib çıxara biləcəyi ilə bağlı real risk görmür”.
Belədə 3 il davam edən məhkəmə sonrasında “Nefçi”nin indiki idman direktoru günahsızlığını sübuta yetirib.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
98
football-plus.az

1Sources