EN

Azərbaycan dollardan imtina edə bilər? – AÇIQLAMA

Rusiyanın Çindəki səfiri İqor Morqulov BRİKS ölkələrinin dollardan imtina etməsinin mükünlüyündən danışıb. O, vahid valyuta üzərində danışıqlar aparıldığını bildirib.

Sitat: “Biz dolların üstünlük təşkil etdiyi məkanı tərk edirik və həqiqətən müstəqil maliyyə sistemi üçün mexanizm və alətləri inkişaf etdiririk. Onun yaradılması yaxın gələcəkdə mümkün deyil, lakin bu istiqamətdə atılan addımlar göz qabağındadır”.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısında BRİKS-ə üzv olmaq arzusunu ifadə edib. Ölkəmizin Şərq Blokuna yaxınlaşması açıq görünür. Bu, deməyə əsas verirmi, Azərbaycan gələcəkdə dollardan imtina edə bilər?

Mövzunu Globalinfo.az-a şərh edən İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri Ruslan Atakişiyevin sözlərinə görə, dollardan imtina məsələsi beynəlxalq qlobal maliyyə böhranından sonra aktuallaşıb.

O deyib ki, bu məsələ aktuallaşsa da, reallaşdırılmayıb:

“Bunun səbəbi ondan ibarətdir ki, həmin ölkələr dollara alternativ olaraq onu əvəz edən və ya öz valyutaları ilə ticarət məsələsində müəyyən diskussiyalar aparırlar. BRİKS ölkələri arasında da dollarla mübadilə məsələsi hələ ki, dövlətlərin alış-satışında həyata keçirmə ilə olur. Çünki adi şirkətlər arasında beynəlxalq ticarətdə yenə də dollardan istifadə edilir”.

İqtisadçının fikrincə, Azərbaycanın hazırda dollardan imtina etməsi gözlənilmir:

“Azərbaycanın ikitərəfli münasibətləri, Türkiyə, Rusiya ilə əlaqələri var və bəzi hallarda ikitərəfli müqavilələrdə bu məsələlər nəzərə alınır. Bəzən də həyata keçirilir. Sadəcə, bunu geniş bir şəkildə etmək olmur. Bir sözlə, dollardan tamamilə imtina məsələsi hələ gündəmdə deyil. Çünki onun maliyyə və iqtisadi əsaslandırılması olmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
50
6
turkustan.az

7Sources