EN

Bu şəhərlərin sakinləri turist istəmir

Bu şəhərlərin sakinləri turist istəmir

Kataloniyada kütləvi turizm əleyhinə mitinqlər keçirilir.

Lent.az-ın "Catalan News"-a istinadən verdiyi xəbərə görə, iyulun 6-da Kataloniyada kütləvi turizmə qarşı keçirilən etiraz aksiyalarında 3 mindən çox insan iştirak edib.

Barselonada mitinqə 2800, Gironada isə 400-dən çox insan qatılıb.

Mitinqlərdə turist axınına məhdudiyyətlərə qoyulması tələb olunub. Aksiya iştirakçıları hesab edirlər ki, kütləvi turist axını sosial bərabərsizliyi, mənzil çatışmazlığını və ekoloji böhranı gücləndirir.

Gironada aksiyaçılar turistlərə təklif edilən evlərə etiraz plakatları yapışdırıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
84
1
sonxeber.az

5Sources