Gürcüstanın paytaxtı Tbilisidə ötən gecədən başlayaraq əsən güclü külək və yağış ağacları aşırıb, şəhər infrastrukturuna ziyan vurub.
Publika.az xəbər verir ki, bu barədə Tbilisi meriyası məlumat yayıb.
Bildirlib ki, qeyri-sabit hava şəraiti səbəbilə xüsusilə Samqori, Krtsanis və Saburtalin rayonlarına daha çox ziyan dəyib.