EN

Həmilton böyük fasilədən sonra yenidən qalib gəldi

Formula 1 üzrə Britaniya qran-prisi geridə qalıb. İki il yarımdan sonra Lyuis Həmilton qələbə qazanıb.

Yeddiqat dünya çempionu karyerasında 104-cü qran-pridə qalib olub. Bundan başqa o, Mixael Şumaxerə aid rekordu da yeniləyib. Silverstounda o, 9-cu dəfə birinci olub. Bu da bir pilotun eyni trasda qələbələrinin sayına görə ən yüksək nəticədir.

İkinci yeri Maks Ferstappen, üçüncünü isə Lando Norris tutub.

Qeyd edək ki, yarış yağışlı hava şəraitində baş tutub. Bir neçə dəfə liderin dəyişdiyi mərhələdə “Mersedes”lərin strateqləri ən düzgün qərarlar veriblər.

12 mərhələdən sonra Maks Ferstappen liderliyini davam etdirir. Onun altivində 255 xal var. Lando Norris 171 xalla ikinci yerdə qərarlaşıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
46
futbolinfo.az

1Sources