EN

Fransada seçici fəallığı 2 dəfəyə yaxın artdı

Yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 19:00) Fransada keçirilən parlament seçkilərində seçici fəallığı 59,71% təşkil edib. Bu da 2022-ci il parlament seçkilərinin ikinci turundan demək olar ki, iki dəfə çoxdur.

Axar.az xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

"Saat 17:00-a olan məlumata görə, parlament seçkilərində seçici fəallığı 59,71% təşkil edib. 2022-ci il parlament seçkilərində həmin saatda 38,11% olub. Saat 12:00-a olan məlumata görə, seçici fəallığı rekord həddə çatıb və 26,63% təşkil edib. İlk turda Respublikaçılar Partiyasından olan müttəfiqləri ilə birlikdə sağçı Milli Birlik Partiyası 33,15%, solçu Yeni Xalq Cəbhəsi bloku 27,99%, Prezident Makronun koalisiyası isə 20,04% qazanaraq üçüncü yerdə qərarlaşıb", - məlumatda deyilir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Chosen
43
3
axar.az

4Sources